Menu
Geri İrəli

Türkiyədə bir ailənin 11 üzvü həlak oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur
Türkiyədə bir ailənin 11 üzvü həlak oldu
PKK ilə münaqişədə isə 2 Türkiyə əsgəri şəhid olub.
Türkiyə Silahlı Qüvvələrinin PKK silahlılarına qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində 2 türk əsgəri şəhid olub.

ANS PRESS-in Türk Silahlı Qüvvətlərinin baş qərargahına istinadən verdiyi xəbərə görə, terror təşkilatı üzvləri Şırnakın Beytüşşebap rayonuna basqın ediblər. Basqını dəf edərkən iki əsgər şəhid olub, səkkiz əsgər və bir mülki gözətçi yaralanıb.

Qərargahdan həmçinin yaralıların vəziyyətinin ağır olmadığını, onların müayinəsinin Şırnak Hərbi Xəstəxanasında davam etdiyi bildirilir.

Şəhid və yaralıların qisasını almaq məqsədi ilə Türkiyə Silahlı Qüvvələri dərhal pilotsuz təyyarələr və F-16-lar vasitəsi ilə fəaliyyətə keçərək PKK-nın 34 üzvünü məhv ediblər.

Qərargahdan ölən terror təşkilatı üzvlərinin sayında artım ola biləcəyini də bildiriblər.

Ötən gün isə Bingöl vilayətində terrorçuları zərərsizləşdirmək üçün hadisə yerinə gələn zirehli polis maşınına hücum edilmişdi. İnsident Bingöl-Elazığ yolunun Kurudərə kəndi ərazisindən keçən hissəsində qeydə alınmış, hadisə nəticəsində 3 polis, 1 mülki vətəndaş yaralanmışdı.

Ümumiyyətlə müstəqil dövlətin qurulması uğrunda mübarizə aparan PKK və Türkiyə arasında 30 ildən artıqdır ki, davam edən silahlı münaqişə nəticəsində 40 mindən çox adam həyatını itirib.


Şırnak Büytüşşəbapın xəritəsi

Bu arada bu gün Türkiyədə daha bir bədbəxt hadisə baş verib. Nəticədə baş verən yol qəzasında 13 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Qəza Niğdə-Adana yolunun Altunhisar hissəsində baş verib.

Məlumata görə, Soner Gürbüz adlı şəxsin idarə etdiyi avtomobil, qız istəməkdən gələn bir ailənin olduğu başqa bir maşınla toqquşub. Qəza zamanı 13 nəfər həyatını itirib, elçilik mərasimindən qayıdan Emrah Özçelik ağır yaralanıb.Yaralını dərhal xəstəxanaya çatdırıblar.

Ölənlərdən 11 nəfər bir ailənin üzvləridir. Onlardan 8-i azyaşlıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın