Menu
Geri İrəli

Türkiyədə dəhşətli qəza: 14 ölü, 26 yaralı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2016 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

28e3654ac481fe3d969b0faea1fe0f07Türkiyənin Osmaniyə şəhərində şagirdləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

Dəqiqləşdirilmiş məlumata əsasən, qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

***

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.

Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var.

İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

***

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb.

Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın