Menu
Geri İrəli

Türkiyədə hərbi helikopter qəzaya düşdü – 13 ölü – YENİLƏNİB-1

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2017 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

vertalyotTürkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib. Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq  hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın