Menu
Geri İrəli

Türkiyədə qiyamçılara inanlımaz cəza veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2016 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur

5555İstanbul Universitetinin professoru, Türkiyə Cəza Qanununu hazırlayanlardan biri – Adəm Sözüər 246 nəfərin ölümünə səbəb olan hərbi çevrilişə cəhddə iştirak etmiş şəxslərin ömürlük həbs cəzası alacağını açıqlayıb.

Axar.az xəbər verir ki, professor edam cəzası tətbiq olunsa belə, bunun qiyamçılara şamil edilməyəcəyini deyib:

“Edam cəzası tətbiq olunsa, bu qərar çevrilişə cəhddə iştirak etmiş şəxslərə aid edilə bilməz. Çünki hər kəs cinayəti törətdiyi zaman qanunda hansı cəza varsa, onunla mühakimə oluna bilər. Digər tərəfdən Avropa Razılaşmasına görə, ölüm cəzası olan ölkələrə cinayətkarlar ekstradisiya oluna bilməz. Yəni ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək.

Atacağımız hər bir addım bizi dünyada haqsız duruma sürükləyə bilər. Demokratik dəyərləri ləkələyəcək bir addım atmamalıyıq. Soyuqqanlı olmalıyıq. Ölüm cəzası nə çevrilişləri, nə də cinayətləri əngəlləyə bilər.

Ancaq qiyamçılar həm çevriliş, həm də terrorçu maddələri ilə mühakimə olunacaqlar. Bu çevriliş cəhdini idarə edən təşkilat silahlı təşkilatdır. Hər bir ölüm üçün, yəni 246 şəhidin hər birinə görə ayrıca ömürlük həbs cəzası veriləcək”.

Professorun sözlərinə görə, çevrilişdən xəbəri olmayan, lakin komandirin əmrinə tabe olaraq silahlı birləşmələrə qatılan hərbçilər əfv ediləcək:

“Əmr dəmiri kəsər, deyə bir söz var. Hərbi qanunlara görə, əmr müzakirə edilə bilməz. Çevriliş cəhdində aldandıqları açıq-aşkar ortada olan şəxslər mühakimə olunmayacaq. Şübhəlilər üçün dava açılacaq, lakin sübut olmasa, onlar da bəraət alacaq”.

Komandirin “vur” əmrinə tabe olub mülki vətəndaşlara atəş açan hərbçilər isə sərt şəkildə cəzalanacaq:

“Əsl məsələ də budur. Cəza qanunu bir əmr cinayətə yol açarsa, yerinə yetirilə bilməz, deyir. Əmr verildi deyə, qadınlara təcavüz etmək olarmı? Törədibsə, cinayətdir. Aldadıldıqlarını düşünək: qarşılarında mülki vətəndaş olduğunu görmürdülərmi? Komandir buna rəğmən, “vur” əmri verirsə, məsuliyyət vuran adamın üzərinə düşür. Burada qətliam edilib. Ancaq tətik çəkən çox az hərbçi olub”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın