Menu
Geri İrəli

Türkiyədə terrorla bağlı – 3 aya 1600 adam tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

turkiye-de-binlerce-polisle-operasyon-7536300_x_o

Türkiyədə 3 ay ərzində terrorçuluq fəaliyyətində şübhəli bilinən 1673 nəfər həbs edilib. Bunların 1308 nəfəri PKK, 276-sı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə bağlılıqda şübhəli bilinirlər.

Bu haqda oktyabrın 20-də ədliyyə naziri Kenan İşık məlumat verib.

“İyulun 22-dən bu günədək PKK-nın və onun strukturlarına yaxın olan qruplaşmaların 1308 nəfəri tutulub. Bundan əlavə, 276 İŞİD üzvü, 89 nəfər İnqilabi Xalq-Azadlıq Partiyasının (cəbhəsininn) və digər sol ekstremist təşkilat üzvü saxlanılıb. Saxlanılanların ümumi sayı 1673 nəfərdir”, – nazir deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın