Menu
Geri İrəli

Türkiyədə yalnız qadınların minə biləcəyi avtobuslar – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 87 dəfə • Şərh yoxdur
Share Button

1Qadın avtobuslarına səhvən minən kişilər də olub.

Türkiyədə yalnız qadınların minə biləcəyi avtobuslar xəttə buraxılıb.

Oxu.Az-ın azeuronews-a istinadən məlumatına görə, çəhrayı rəngli avtobusların sürücüləri də qadınlardır.

Malatya Universitetinin qız tələbələrinin istəyi ilə xəttə buraxılan avtobuslar birmənalı qarşılanmayıb. Bəziləri bunun digər şəhərlərdə tətbiq olunmasını arzu edərkən, bir  qisim də yalnız qadınlar üçün nəzərdə tutulan avtobusların qadın və kişi ayrımına səbəb olduğunu vurğulayıblar. Çəhrayı qadın avtobuslarına səhvən minən kişilər də olub. Onlar sürücü tərəfindən dərhal avtobusdan düşürülüb.

 

A.M.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın