Menu
Geri İrəli

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib – MÜDHİŞ PLAN AÇIQLANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2017 • Baxış sayı: 806 dəfə • Şərh yoxdur

gulen2ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Ceyms Vulsey müdhiş iddia ilə çıxış edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika kəşfiyyatının keçmiş rəhbəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Ərdoğanın kürəkəni, enerji naziri Bərat Albayrakın Fətullah Güləni ABŞ-dan qaçırmaq istədiklərini açıqlayıb. Onun sözlərinə görə, söhbət Fətullah Gülənin rəsmi ekstradisiya prosedurlarına məruz qalmadan Amerikadan çıxarılmasından gedir.

Kəşfiyyatçı bildirib ki, türkiyəli nazirlər 15 iyul çevriliş cəhdindən sonra, ötən il sentyabrın 19-da Nyu-Yorkda bu məsələni Donald Trampın müşaviri olan general Mayk Flinlə müzakirə ediblər.

Vulsey deyib ki, həmin görüşə o da qatılıb və toplantıya çatanda orada Güləni “gecəyarısı qeyri-rəsmi əməliyyatla ABŞ-dan çıxarmağ”ın müzakirə edildiyinə şahid olub.

Onun sözlərinə görə, bu barədə sonradan ABŞ vitse-prezidenti Co Baydenə də xəbər göndərib.

Flinnin sözçüsü isə iddialarla bağlı bildirib ki, general həmin görüşdə heç bir qeyri-qanunu əməkdaşlığı müzakirə etməyib.

Qeyd edək ki, Tramp prezident seçildikdən sonra Flini Milli Təhlükəsizlik Agentliyinə rəhbər təyin etmişdi, lakin o, bu vəzifədə cəmi 24 gün qala bilmişdi. Seçkidən əvvəl bir rusiyalı diplomatla görüşdüyü ortaya çıxan general istefa vermək məcburiyyətində qalmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın