Menu
Geri İrəli

Türkiyənin Baş Qərargah rəisi girovluqdan azad edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2016 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

67Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.

APA-nın məlumatına görə, bu barədə CNNTürk xəbər yayıb.

Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.

Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H. Akar azad edilib.

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın