Menu
Geri İrəli

Türkiyənin Haqqari vilayətində PKK terror təşkilatının yola basdırdığı partlayıcı maddənin işə düşməsi nəticəsində şəhid və yaralıların olduğu bildirilir

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

Türkiyənin Haqqari vilayətinin Dağlıca bölgəsində PKK terror təşkilatının yola basdırdığı partlayıcı maddənin 2 zirehli hərbi texnika keçərkən işə düşməsi nəticəsində şəhid və yaralıların olduğu bildirilir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisədən sonra PKK terror təşkilatı təyin olunan hədəflərinə hava əməliyyatlarını başladılıb.

Türkiyə Baş Qərargah İdarəsinin hadisə barədə rəsmi açıqlamasına görə, bölgəyə təşkil edilən sıx hava hərəkatı zamanı iki ədəd F-16 və iki ədəd F-4 ilə separatçı terror təşkilatına məxsus 13 hədəf vurulub.
AZƏRTAC

Facebook Şərhləndirmə:

Şərhinizi yazın