Menu
Geri İrəli

Türkiyənin yeni hökuməti bəlli olur: AKP-HDP koalisiyası

Müəllif: Sumqayitxeber.com • Tarix: 19 Avqust 2015 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur

 

turkiye2

Türkiyədə AKP-nin müxalifət partiyaları ilə koalisiya hökuməti qura bilməməsindən ardından erkən seçkiyə gedilməsi qərar alınmışdı. Sumqayitxeber.com-un məlumatına görə, ölkəni erkən seçkiyə aparacaq müvəqqəti seçki hökumətinin kimlərdən təşkil olunacağına da artıq aydınlıq gətirilir. AKP-nin quracağı seçki hökumətinə nazir verməyəcəyini əvvəlcədən bəyan edən MHP-nin ardından bu gün CHP-də bu məzmunlu bəyanatla çıxış edib. Parlamentdəki digər müxalifət partiyası HDP isə AKP ilə birlikdə qurulacaq seçki hökumətinə nazir verəcəyini açıqlamışdı.

Yaranan yeni mənzərədən belə aydın olur ki, yaxın günlərdə AKP və HDP birgə hökumət quracaq. Qurulacaq yeni hökumətdə 10 nazirlik AKP-yə, 3 nazirlik isə HDP-yə veriləcək. Digər 12 nazirlik isə müstəqil şəxslərə həvalə ediləcək. Ölkə konstitusiyasına görə seçki dönəmində Daxili İşlər, Nəqliyyat və Ədalət Nazirliklərinin rəhbəri müstəqil şəxslər olmalıdır.

(lent.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın