Menu
Geri İrəli

Uşaqlarını mağarada saxlayan qadın tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

ABŞ-da uşaqlarını mağarada saxlayan qadın həbs olunub. ”Report” “The Telegraph”a istinadən xəbər verir ki, 24 yaşlı amerikalı 4 və 6 yaşlı oğlan uşaqlarını Kanzas-Sitinin şərqində yerləşən yeraltı mağarada ən azı bir neçə gün müddətinə tək qoyub.

Qanun keşikçiləri oğlanları təsadüfən aşkar ediblər. Həmin zaman onlar avtomobil qaçırılması ilə bağlı əraziyə baxış keçiriblərmiş.

Məlumata görə, uşaqlar yük daşımaq üçün nəzərdə tutulan taxta yeşikdə yaşayıblar. Onların yalnız bir cüt balaca ədyalı və kiçik ərzaq ehtiyatı olub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın