Menu
Geri İrəli

Vampir kişi ABŞ-ı vəlvələyə SALDI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur

543605db84da7b145dcf4cd2be255a98ABŞ-ın Nyu-York şəhərində polis kişi vampiri saxlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı yerli sakin Daniel Dentre şəhər sakinlərinin 911 xidmətinə (ABŞ-da fövqəladə vəziyyətlərdə zəng edilən nömrə -red.) zəngindən sonra saxlanılıb.

Sakinlər onun ictimai kitabxananın yaxınlığında olan parkda iki göyərçinin başını kəsərək qanını içdiyini görüblər. O, sakinlərə vampir olduğunu bildirib.

Hazırda polis saxlanılan şəxsin psixoloji vəziyyətini yoxlayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın