Menu
Geri İrəli

Vatan Şaşmazın dünyaya gəlməyən oğluna TƏSİRLİ MƏKTUBU

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur
Share Button

sdfghaethethase“Çocukar duymasın” serialının rejissoru Birol Güvən bazar günü keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülən dostu Vatan Şaşmaz haqqında məktub yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor məktubu dostunun dünyaya gəlməyən oğluna ünvanlayıb. Sözügedən məktubu təqdim edirik.

“Sevgili, körpə ölənlərin arxasından yaxşı sözlər deyilir, amma sənin atan yaşayarkən də arxasından çox yaxşı sözlər deyilən xüsusi insan idi. Sənin atan hər kəsin sevinc qaynağı idi, onun olduğu yerdə narazı sifətli bir adam belə olmazdı. Sənin atan, sadəcə çox yaxşı aparıcı deyil, eyni zamanda çox yaxşı aktyor idi. Atan olmasaydı, “Çoçuklar Duymasın” serialında Engin xarakteri olmazdı. Bu rolu o qədər gözəl oynadı ki, rolu illərlə çoxumuzun həyatına rəng qatdı. Sənin atan dəyərlərinə bağlı və adının haqqını verən əsl vətənpərvər idi.

Sənin atanı hamı çox sevirdi. O hər kəsin əvəzolunmaz sevgilisi idi. Təəssüf ki, onun üçün yazılan ssenari çox kədərli bitdi. Atanın 43 illik həyatı haqqında deyilməli o qədər çox şey var ki… Yazmaqla, deməklə bitməz. Əminəm ki, kimsə bir gün bunları yazacaq, hətta sənədli filmlərini çəkəcək. Bu gün atanı torpağa verdiyimiz bu dəqiqələrdə sənə sadəcə onu demək istəyirəm ki, onunla fəxr et, o hər şeydən əvvəl həqiqətən çox yaxşı insan idi.

Hörmətlə, Birol Güvən. Atanı çox yaxşı tanıyan biri”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın