Menu
Geri İrəli

Yadplanetlilərə inanan məşhurlar (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2017 • Baxış sayı: 356 dəfə • Şərh yoxdur

MTU5MjQyZTRjNDNkYTAYadplanetlilərin mövcud olub-olmamaları hər zaman aktiv olmuş müzakirə mövzularından biridir. Kimi inanmadığını, kimisi inandığını, hətta gördüyünü iddia edir. Bəs siyasət, elm, tarix və incəsənət sahəsindən tanıdığımız məşhurlar necə, inanırmı?

“Qaynarinfo” yadplanetlilərin mövcudluğunu özünəməxsus şəkildə şərh edən məşhurları təqdim edir:

1. Uinston Çörçil

Dünya tarixinin unudulmaz liderlərindən olan Uinston Çörçül 1939-cu ildə yazdığı “Kaintada yalnızıq?” başlıqlı 11 səhifəlik məqaləsində kainatda başqa canlıların da olduğuna inandığını bildirib:

“Mədəniyyətimizin dünyada əldə etdiyi uğurdan o qədər də təsirlənməmişəm. Buna görə də kainatda canlı, düşünən varlıqların mövcud olduğu yeganə məkanda olduğumuzu və ya zamanla məkanın geniş sahəsindəki ən yüksək mənəvi və maddi inkişafı təmsil etdiyimizi qəbul etməyə hazır deyiləm”.

2. Hilari Klinton

Siyasi arenada rəğbət bəslənilən xanım Klinton radio və televiziyada verdiyi müsahibələrində UFO-lar və Nevadada yerləşən 51-ci Bölgə ilə əlaqəli sənədləri xalqa açıqlamaq istədiyini söyləyib:

“Bu sənədlərə baxmaq və mümkün olduğu qədər dürüst olmaq istərdim. Sənədlərdə heç nə yoxdursa, bunu insanlara demək lazımdır”.

Qeyd edək ki, Nevada çölündə, Las Veqasın təxminən 130 km şimalında yerləşən 51-ci Bölgə gizli hərbi zonadır. 2013-cü ildə CİA 51-ci Bölgənin arxiv sənədlərini açıqlayaraq U-2 kimi cəsus təyyarələrinin test edildiyini göstərmişdi.

3. Raydli Skott

Kinorejissor Raydli Skot yadplanetlilerlə münasibət mövzusuna heç də yad deyil. Rejissor 1979-cu ildə çəkdiyi “Yad” (Alien) filmində kosmik gəminin göyərtəsini hədəf alan, aqressiv yadplanetli dünyasından bəhs edir.

Skot filmin təqdimatını edərkən yüzlərlə yadplanetlinin çöldə olduğunu və planetimizə baş çəkcəkləri təqdirdə insanlarla yola getməyəcəklərini bildirib: “Onlara meydan oxuyacaq qədər axmaqsınızsa, 3 saniyədə çölə atılacaqsınız”.

4. Stepan Hokinq

Məşhur fizik Stefan Hokinq dəfələrlə insanların yad mədəniyyətlərlə əlaqə qurmaq mövzusunda ehtiyatlı davranmalı olduğunu söyləyib. 2016-cı ildə “Stefan Hokinqin ən sevdiyi yerlər” adlı sənədli filmdə fizik bir gün həyatın var olduğu başqa planetdən siqnalalabiləcəyimizi bildirib.

Hokinq 26 dəqiqəlik filmdə “Ancaq siqnalı cavablandırmaqda ehtiyatlı davranmalıyıq. İnkişaf etmiş bir varlıqla tanışlıq Kolumbla qarşılaşan yerli amerikalılar kimi ola bilər. Bu isə heç də yaxşı nəticə verməz” deyib.

5. Demi Lovato

Amerikalı müğənni isə verdiyi açıqlamada yadplanetlilərin gerçək olmasını təkidlə bildirib: “Kainatda yaşayan tək canlı olduğumuza inanmağın nə qədər eqoits bir davranış olduğunu düşünmüsünüzmü?

Elnurə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın