Menu
Geri İrəli

Yeni çevriliş cəhdi gözlənilir – Ərdoğan

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2016 • Baxış sayı: 473 dəfə • Şərh yoxdur

erdoganYeni çevriliş cəhdi həyata keçirilə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyter”ə açıqlamasında deyib.

“15 iyul gecəsi MİT şefinə zəng etsəm də, onunla əlaqə yarada bilmədim. Həmçinin Baş Qərargah rəisi ilə də əlaqə saxlamaq mümkün olmadı. Çox böyük çətinliklə baş nazirlə danışa bildim. Xalqın cərəyan edən hadisələrə reaksiyasını görüncə Mərmərə otelində planlar cızdıq. Ailəmlə əvvəl Dalaman bölgəsinə keçdik. İstanbuldakı uçuş zolağının qaranlığa qərq olduğunu gördüm. Pilotun səmada dövrə vurmasını və uçuş zolağına nəzarət etməsini söylədim. Daha sonra İstanbul Polis İdarəsinin rəisi ilə əlaqə yaratdım. O da qısa zamanda hava limanının boşaldılacağını dedi. Yalnız ondan sonra eniş edə bildil. Qiyamçılar Akıncı bazasını ələ keçirmişdilər.12 saata həmin bazaya nəzarəti ələ keçirdik. Millətimizin iradəsi hər şeydən üstün idi. Millətimizin tankların qarşısında dayanması, dünyada nadir xalqların edəcəyi bir işdir”, – Ərdoğan bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın