Menu
Geri İrəli

Yeni dünya müharibəsi başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2015 • Baxış sayı: 630 dəfə • Şərh yoxdur

muharibeRusiya təyyarələrinin Türkiyənin hava məkanına icazəsiz daxil olmasına NATO-dan da etiraz gəlib.

ANS PRESS-in məlumatına görə, NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heçdə təsadüfə oxşamır.

“Rusiya hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30Su-24 təyyarələri Türkiyə hava məkanına daxili olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır.”


Yens Stoltenberq – NATO-nun baş katibi

Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını ikinci dəfə pozması barədə məlumatlar yayılıb.Hadisənin ardından yenidən Rusiyanın Ankaradakı səfiri Türkiyə xarici işlər nazirliyinə çağırılıb. Dövlətlər arasında gərginliyin daha da artdığı bir vaxtda rusiyalı politoloq Qriqori Trofimçuk özünün “Facebook” səhifəsində sensasiyon bəyanatla çıxış edib: “Faktiki olaraq, 30 sentyabr 2015-ci ildən Rusiya və onun xalqı üçün dünya müharibəsi başlayıb – hansı ki, çoxdan, Belqradın bombalanması ilə hazırlanmağa başlamışdı və indiyədək Rusiyanın iştirakı olmadan gedirdi.”


Qriqori Trofimçuk – politoloq

Politoloq dünya müharibəsinin başladığını desə də, hələ heç bir dövlət bu haqda bəyanatla çıxış etməyib. Hər bir dünya müharibəsinə bir bəhanə səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Belçikaya səfər zamanı keçirdiyi mətbuat konfransında president Rusiyanı təyyarələrinin vurulacağı ilə hədələyib.

“Türkiyə Rusiya təyyarələrinin öz hava məkanını təkrar pozmasına icazə verməyəcək. Bizim sərhədlərimizin pozulması NATO-un sərhədlərinin pozulması deməkdir. Güman edirəm ki, Rusiya Türkiyə ilə münasibətləri korlamamaq istəməyəcək”, – deyə Ərdoğan bildirib.

Aviazərbələrin 3-cü günü 7 dövlət – ABŞ , Almaniya, Fransa , Böyük Britaniya, Türkiyə, QatarSəudiyyə Ərəbistanı (onların 4-ü BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvləri sırasındadır və NATO-nun üzvüdür) Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı birgə bəyanat imzalayıb.


Türkiyə və qonşuları

Tarixi faktlar göstərir ki, NATO İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Sovet İttifaqının dünyadan siyasi və hərbi cəhətdən təcridi üçün yaradılıb.
Türkiyənin də bu təşkilata qəbul edilməsinin səbəblərindən biri ölkədə sovet təsirini azaltmaq idi. Hazırda da NATO dövlətləri Türkiyənin ətrafında Sovet İttifaqının sələfi Rusiya üçün toplanıb. NATO Türkiyənin müttəfiqi kimi hadisələri yaxından izləyir. Türkiyəyə qarşı hər hansı bir açıq təhdidi gördükdə aralarındakı bütün fikir ayrılıqlarına baxmayaraq, Türkiyəni müdafiə edəcəyi verilən bəyanatlarda açıq hiss edilir.


NATO-ya daxil olan ölkələrin xəritəsi

Rusiya isə bütün çağırışlara baxmayaraq Suriya ərazısını bombalayır. Türkiyənin hava sərhədlərinin pozulamasına münasibət bildirən Rusiya NATO–nun bu məsələni şişirtməklə onları hava hücumlarından yayındırmaq istədiyini açıqlayıb. Çin də Suriyanın ərazisini bombalamaqda Rusiyaya J-15 qırıcıları ilə dəstək verəcəyini açıqlayıb. Suriyanı bombalayan Çin təyyarələri İran ərazisində havaya qalxacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın