Menu
Geri İrəli

Yıxılıb öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 689 dəfə • Şərh yoxdur

1445402004191-kopiya

Avstriyada keçmiş gözəllik kraliçasının ölümcül xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları araşdırılır. Keçmiş “Miss Avstriya” Ena Kadiç İnsbruk şəhəri ətrafındakı dağlarda, evinin yaxınlığında 30 metrlik qayadan yıxılıb.

26 yaşlı Kadiç oktyabrın 16-da ağır baş-beyin travması, həmçinin ağciyər zədələnməsi ilə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Yıxıldıqdan sonra bir müddət özündə olan qızın qardaşına zəng edərək hadisə barədə məlumat verməyə imkan tapdığı bildirilir.

Bundan sonra qohumları xilasediciləri çağırıb və Kadiç helikopterlə xəstəxanaya çatdırılıb. Həkimlər qızın həyatını xilas edə bilməyib və o, oktyabrın 21-də dünyasını dəyişib.

Qızın qayadan yıxılmasının təfərrüatları tam bəlli olmasa da, polislər keçmiş “Avstriya gözəli”nin qaçışla mütəmadi məşğul olduğunu və ərazini yaxşı tanıdığını bildiriblər. Hüquq mühafizə orqanları faktla bağlı təhqiqata başlayıb.

deckblatt_ena-kadic-189 ena-griechenland-1 ena-kadic-morta-dopo-caduta-in-montagna ex-miss-austria-ena-kadic-im-spital-verstorben-nach-absturz-story-477857-630x356px-d000be5d27f888d308a87e9f058d0ef6-kadic-tot-s1260-jpg miss-austria-2013-ena-kadic-194-e1372313414425-600x357 miss-austria-ena-kadic-jetzt-will-ich-spass-haben-krone-shooting-story-366414-630x356px-2-4ebvkrsbtyw9m miss-ena-kadic 00-makeup-kadic-kopiya 3819c0669ae69ba830a728e2096d1a4f-55718048-jpg-1337075-1164-kopiya 70296f721e9d70e812c496fc43402860-55675396-jpg-1336219-1164-kopiya 1445402004191-kopiya 14454510673492658485-1000x669-kopiya aus4-kopiya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın