Menu
Geri İrəli

Zimbabvenin yeni prezidenti hərbçiləri nazir təyin etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2017 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur
Share Button

4a38807f11a57a38fa0fd9447af91d4fZimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva ölkənin yeni hökumətini formalaşdırıb.

Trend-in məlumatına görə, nazirlər arasında yüksək rütbəli hərbçilər yer alıb.

Keçmiş prezident Robert Muqabenin hakimiyyəti dövründə Hərbi Hava Qüvvələrinin rəhbəri olmuş Perens Şiri kənd təsərrüfatı və torpaq məsələləri naziri təyin olunub.

Çevriliş zamanı aktiv fəaliyyət göstərmiş general Sibusiso Moyo isə Zimbabvenin xarici işlər naziri təyin olunub.

Bundan başqa, hökumətdə Hərbi Veteranlar Assosiasiyasının nümayəndələri də yer alıb.

Yeni kabinetə müxalifət nümayəndələri daxil olmasa da, R.Muqabe dövründə nazir işləmiş bir sıra şəxslər öz vəzifələrini saxlayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın