Dünyanın ən böyük sərnişin təyyarəsi Bakı hava limanında – FOTO

1629

UEFA nümayəndə heyətini Bakıya gətirən, “Hi Fly” aviaşirkətinə məxsus “Airbus A380” sərnişin təyyarəsi bu gün  çarter reysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

“Airbus A380” dünyada ən böyük sərnişin təyyarəsidir. İkimərtəbəli sərnişin salonuna malik təyyarə 544 sərnişinə eyni anda xidmət edə, 15 min kilometr məsafəni əlavə yanacaq doldurmadan birbaşa uça bilir.Təyyarə 2007-ci ildə istismara verilib.

Onu da qeyd edək ki, dünyadakı hər hava limanı belə böyük hava gəmisini qəbul edə bilmir. Bu təyyarələri qəbul etmək üçün aeroport yetərli qədər uzun və dözümlü xüsusi uçuş zolağına malik olmalıdır.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər