Dünyanın ən gözəl qızları əsgər gedir

4304

Ukraynalı qadın əsgərlərə kimlər qoşulur – dünyanın qadın orduları haradadır?

Ukrayna ordusunda qadınlar da xidmət edəcək. Ali Rada qadınların və kişilərin Silahlı Qüvvələrdə hüquqlarını bərabərləşdirən qanun qəbul edib. Səsvermə zamanı müvafiq qanun layihəsini 247 deputat dəstəkləyib.

Demək ki, yaxın qonşularımızda fərqli bir dəyişiklik gözlənilir. Amma bu, dünyada qadınların əsgər getdiyi ilk hal, Ukrayna da bunu həyata keçirən ilk ölkə deyil.

Azərbaycan ordusunda nə qədər qadın qulluq edir?

“Yeni Müsavat” mövzuya öncə Azərbaycandan başlayır. Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir.   Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Qadınların hərbi xidmət keçməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir. Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

– əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə – qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

– gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

– zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Bu gün bir sıra dünya ölkələrində qadınlar könüllülük əsasında hərbi xidmət keçirlər. Xüsusən İkinci Dünya müharibəsində qadınların ön və arxa cəbhədəki fəallıqları onları sonrakı dövrlərdə hərbi sahədə daha çox təmsil olunmalarına səbəb oldu. Lakin qadınların bu sahədəki marağı heç də XX əsrdən deyil də, daha öncəki dövrlərdən, hətta bəzi mənbələrə görə 4000 il öncədən başlayır. Tariximizin istənilən dövrünü araşdırsaq, görərik ki, kifayət qədər hərb işi ilə məşğul olan, xarici düşmənlərə diz çökdürən sərkərdə qadınlarımız olub. Lakin təəssüf doğuran məqam odur ki, bu qadınların təbliği aktual deyil.

Qadınları məcburən əsgər edən ölkələr

Dünya ordularında qadınların böyük qismi əsasən arxa cəbhə təminatı və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər.

Sovetlər dönəmində Böyük Vətən müharibəsi zamanı qadın əsgərlərin sayı isə 800 mini keçirdi. Bu qadın əsgərlərin 70 faizi döyüş bölgəsində, səngərdə düşmənlə üzbəüz olub. Əvvəlki illərlə müqayisədə əhali artımında bir durğunluq yaranan Türkiyədə isə gələcəkdə orduda qadınlara da ehtiyac duyulacağı gözlənilir.

ABŞ prezidenti də bu yaxınlarda çıxışlarının birində bu məsələyə münasibət bildirdi və qadınların ön cəbhədə xidmət etməsinin mümkünlüyünü vurğuladı.

Statistika göstərir ki, İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bu ölkənin ordusunda 50 min qadın əsgər var.

Norveç ordusunda desant olmaq istəyən qadınlar birgə yataqxanalarda qalmağa başlayıb. Norveç ordusunun 19%-ni əhatə edən qadın əsgərlər hazırda desant təhsili alaraq xarici ölkələrdəki müharibə bölgələrinə göndərilir. 2013-cü ilin fevral və mart aylarında elan verilib və 173 qadın müraciət edib. Bu qadınlar kişi hərbçilərlə eyni şərtlərdə təlim keçərək 2015-ci ildən vəzifəyə başlayıb. Bununla da hərbçi qadınlar xüsusi məntəqələrdə iştirak etmək hüququ qazanacaqlar.

Norveç ordusunda qadın hərbçilərin kişilərlə bərabər hüquqlara malik olmaları məsələsi uzun müddət müzakirə edilib. 2013-cü ilin aprel ayında iqtidardakı Sosial Demokrat Fəhlə Partiyası, Sosialist Sol Partiya və Sol Liberal Partiyasının müsbət səsləri qadınlara desant olmaq üçün yol açıb. Praktikaya görə desant olmaq istəyən qadınlar kişilərlə eyni şərtlərdə təhsil alaraq təlim keçməlidir. Eyni yataqxanalarda qalan hərbçilər hətta eyni vannalardan istifadə etməlidir.

Şimali Koreyada qadın əsgərlərə təcavüz iddiası

Şimali Koreyadan qaçan bir qadın əsgər dünyanın ən böyük dördüncü ordusunda stress və qidalanma çatışmazlığı ucbatından qadınların aybaşı olmadığını, təcavüzün isə bir çox qadın əsgərlər üçün adi hal olduğunu deyir.

Təxminən 10 il əsgər olan və 10 ildən uzun bir müddət əvvəl Şimali Koreyanı tərk edən Lee So Yeon eyni otağı paylaşdığı 20-dən çox qadınla olan xatirələrini BBC ilə bölüşüb.

“Çox tərləyirdik. Döşəklərimiz çəltik qabığından hazırlanmışdı və buna görə də vücudumuzun qoxusu döşəklərə çökürdü. Heç də xoş hal deyildi. Ən çətin şeylərdən biri də duş qəbul etmək idi. İsti su yox idi və dağdan gələn suya bağlı bir borunun altında yuyunurduq. Borudan üstümüzə qurbağalar və ilanlar düşürdü”.

Şimali Koreyalı qadınlar ən azı 7, kişilər isə 10 il məcburi hərbi xidmətdə olmalıdır. Bu, dünyadakı ən uzun icbari xidmətdir.

18-25 yaş arası qadınların 40%-inin orduda xidmət göstərdiyi zənn edilir. Qadınlara əsgərliyin məcburi olması qanunu 2 il əvvəl qüvvəyə mindikdən sonra sayın gələn illərdə daha da artacağı gözlənilir.

Hökumət ölkə büdcəsinin 15%-ni orduya ayırdığını söyləsə də, araşdırma qurumları rəqəmin 40% ola biləcəyini düşünürlər.

İdman və ya musiqi kimi sahələrdə üstün bacarıqları olan tələbələr əsgərlikdən azad edilə bilərlər.

Həm Baek, həm də Morillota görə, orduda cinsi zorakılığa tez-tez rast gəlmək mümkündür.

Morillot deyir ki, təcavüz mövzusunu araşdırmağa başladıqda qadınlar “başqalarının başına gələn hadisələrdən” bəhs etsələr də, özlərinin təcavüzə uğramadıqlarını söyləyirmişlər.

“Komandirimiz iş vaxtı başa çatdıqdan sonra otağında qalar və qadın əsgərlərə təcavüz edərdi. Bu, beləcə davam edərdi”.

Şimali Koreya ordusu isə cinsi təcavüzə ciddi nəzarət etdiyini deyir və təcavüzdə günahkar bilinən kişiləri 7 ilə qədər həbs cəzası gözlədiyini bildirir.

Картинки по запросу Juliette Morillot

Juliette Morillot ümumi olaraq heç kimin ifadə vermək istəmədiyinə görə təcavüzçülərin cəzasız qaldığını söyləyir.

Qadın əsgərlər eyni otaqda yatırlar

Ən maraqlı ordulardan biri də Norveçə məxsusdur. Burada kişi və qadın əsgərlər eyni otaqda yatır. Hər otaqda 4 kişi və 2 qadın əsgər qalır. Orduya qoşulan qadınlar kişi əsgərlər kimi geyinir, onlarla eyni şərtlərdə təlim keçir və daim silahlı olur.

Məcburi hərbi xidmət qanunları səbəbindən əsgər gedən bu qadınlar vəziyyətlərindən narazı deyillər. Əksinə, onlar kişilərlə birlikdə olmağın döyüş ruhunu artırdığını düşünürlər. Norveç hökuməti tərəfindən ölkədə tətbiq olunan qadın və kişi əhali arasındakı cinsiyyət ayrı-seçkiliyini aradan qaldırmağı nəzərdə tutan proqram olduqca müvəffəqiyyətli nəticələr verməyə başlayıb.

Skandinaviya ölkəsi Norveç qadınlarla kişilərin eyni şərtlər daxilində məcburi əsgərlik xidməti etdikləri ilk NATO ölkəsi olub. Mövzu ilə əlaqədar olaraq Norveç ordusunun nəzdində üç aya qədər başladılan ilk pilot tətbiqlərinin nəticələrindən hələlik hər kəs məmnundur. Orduda vəzifə yerinə yetirən qadın əsgərlər də eynilə kişi əsgərlər kimi geyinir, davamlı olaraq silah daşıyırlar. Ancaq qadın əsgərlərə saçlarını qısa kəsmək məcbur edilmir və onlara istədikləri menyunu seçmə imkanı verilir.

Ən tanınmış qadın ordusu İsrailə məxsusdur

İsrailin qadın əsgərləri müharibədə iştirak etməmək şərti ilə cəbhə bölgələrində xidmət çəkirlər. 18 yaşı tamam olan, görünüşcə gözəl olan qadınlar qısa müddətdə təlim keçirlər. Onlara bir çox döyüş növləri, bundan əlavə, silahlardan və hərbi texnikalardan istifadə öyrədilir.

Картинки по запросу İsrael kadın askerler

Təlimdən sonra onlar avtomatla müharibə bölgələrində xidmət edirlər. Dünyadakı ən səs-küylü və zaman-zaman qalmaqallarla gündəmə gələn qadın ordusu isə İsraildə imiş. Məsələn, iki il öncə İsraildən olan qadın əsgərlərin “YouTube”a çəkib yüklədikləri yeni video böyük səs-küyə səbəb olub. Videoda bir neçə yarıçılpaq israilli qadın əsgərin silah ətrafında oynadığı görünür.

Qadınların sifətlərinin aydın görünmədiyi video “İsrael TV”də nümayiş olunub. Videoda iki qadın otağın ortasında tutduqları tüfəng ətrafında fırlanır. Çəkilişdən əsgərlərin rəqsini çəkən şəxsin videonu facebook-a yerləşdirəcəyini deməsi eşidilir.

Xatırladaq ki, bir müddət əvvəl İsrail ordusunda daha bir qalmaqal yaşanmışdı. Yenə qadın əsgərlər yarıçılpaq şəkildə şəkillərini çəkərək facebook-a yükləmişdilər.

İsrailin geyim firmalarından biri hərbi stildə yeni kolleksiyasının təqdimatı üçün hazırladığı təqvimdə İsrail ordusunda xidmət edən qadın əsgərlərdən istifadə edib. Onlardan model kimi yararlanan şirkətin hazırladığı təqvim hazırda İsraildə 25 dollara, ölkədən kənarda isə 35 dollara satılır. “Dünyanın ən seksi əsgəri geyim tərzi” adlanan kolleksiyanın isə 2015-ci ildən satışa çıxarıldığı bildirilir.

Картинки по запросу İsrael kadın askerler

Yaponiya dövləti də qadın hərbçilərin ön cəbhədə xidmət etməsinə icazə verən qanun qəbul etməyə hazırlaşır. Bu barədə ictimaiyyətə “Mainichi” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Yaponiya Müdafiə Nazirliyinin İş İnstitutu qadın əsgərlərlə bağlı qanun layihəsi hazırlayaraq hökumətə təqdim edib. Qeyd edək ki, qadın hərbçilərlə bağlı qanun layihəsinin hazırlanmasına səbəb Yaponiya əhalisinin sayında azalma müşahidə olunmasıdır. Yeni qanuna görə, xarici ölkələrdə xidmət edən qadın əsgərlər geri çağırılaraq Yaponiyanın ön cəbhələrinə göndəriləcək.

NATO-nun himayəsində Əfqanıstanda vəzifə yerinə yetirən Birləşmiş Krallığın əsgərlərinin arasında çox sayda qadın əsgər var. Bu qadın əsgərlər digər əsgərlər kimi patrula çıxır, lazım olduğunda Talibanla qarşıdurmalara qatılır. İngilis qadın əsgərlərin bir vəzifəsi daha var. Yerli xalqla ünsiyyət qurmaq və onların etibarını qazanmaq. Fotomüxbir Alison Baskerville Əfqanıstandakı ingilis qadın əsgərlərin gündəlik həyatlarını göstərmək üçün icazə alaraq, media ilə paylaşıb. Qadın əsgərlərin duşundan, yuyub asdıqları alt paltarlarına qədər hər cür xüsusiyyətlərini çəkən usta fotoqraf bunları ölkəsindəki bir qalereyada sərgiləyib.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər