Əhaliyə xoş xəbər - Bakıdan Ankaraya 20 saata getmək mümkün olacaq

2249

“Növbəti ildən Bakı-Tbilisi-Qars istiqaməti üzrə sərnişin daşınmasına başlanılacaq”.

Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri bildirib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi relslərin fərqli olması ilə əlaqədardır.

 “Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların hazırlanması prosesi gecikir. 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon göndəriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb”.

C.Qurbanov bildrib ki, vaqonların Azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. “İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Yeni qatarlarla sərnişinlər Bakıdan Qarsa 10 saata, Ankaraya isə 20 saata çatacaq. Qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən, müəyyən ediləcək”. azvision.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər