Ekologiya üçün dünyanın ən təhlükəli şəhərləri – REYTİNQ

540

Ekologiya üçün dünyanın ən təhlükəli şəhərlərinin siyahısı hazırlanıb.

Oxu.Az-ın xəbərinə görə, reytinqə Cənubi Koreyanın paytaxtı Seul başçılıq edib.

Alimlərin hesablamalarına əsasən, Seul il ərzində 267,1 meqaton karbon qazı istehsal edir.

İlk üçlüyə həmçinin Çinin Quançjou (272 meqaton) və ABŞ-ın Nyu-York (233,5) şəhərləri daxil olub.

Reytinqin növbəti pillələrində isə Honkonq,  Los-Anceles, Şanxay, Sinqapur, Çikaqo və Tokio qərarlaşıb.

Qeyd edək ki, ekoloji reytinqin TOP-50-də 11 ABŞ və 10 Çin şəhəri var.

Siyahı Norveç, İsveç, ABŞ və Yaponiya alimlərinin birgə hesablamaları əsasında hazırlanıb. Ümumilikdə siyahıda 500 yaşayış məntəqəsinin adı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər