Menu
Geri İrəli

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2017 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur
Share Button

“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə Assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

 • Fərdi  və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan  sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;

• Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;
• Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir;
• Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir;
• Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar:

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
• Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək  bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
• Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir.

Son müraciət tarixi: 15 noyabr, 2017-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın