Elçin Hüseynbəyli sumqayıtlı oxucularla görüşəcək

921

Səməd Vurğun adına Mərkəzi kitabxanın və “Poeziya klubu”nun birgə təşəbbüsü ilə  yazıçı  Elçin Hüseynbəyli sumqayıtlı gənc oxucularla  və ədəbiyyat sevərlərlə görüşəcək. Görüş dekabrın 20-də saat 3 də Sumqayıt şəhər Mərkəzi Kitabxananın oxu zalında baş tutacaq.

Qeyd edək ki, Yazıçı-dramaturq Elçin Hüseynbəyli  1961-ci ildə Cəbrayıl rayonunda anadan olub. Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının baş redaktorudur. «Şah Abbas», “Balıq adam və s. romanların müəllifidir. “Axırı sakitlikdir”, “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun”, “Fanatlar” və s. pyesləri tamaşaya qoyulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər