Eldar Əzizov: “Sumqayıtlılar çox qədirbilən insanlardır, görülən işlərə görə minnətdarlıq bildirirlər”

628

“Mənim haqqımda mətbuatda yazılanlarla tanış deyiləm. Amma bizim şəhərdə sahibkarlarla görüşümüz olub, özü də bu görüş çox səmimi keçib. İndi mən bilmirəm mətbuatda hansı narazılıqlar barədə yazırlar”. Bunu açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O, şəhərdə “Açıq mikrofon” günləri təşkil olunduğunu bildirib: “Biz xalqla ünsiyyətdə oluruq və həmin vaxt yalnız minnətdarlıqlar eşidirik”.

E. Əzizov Sumqayıtda yenidənqurma və quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini söyləyib: “Böyük proqram var, işləri davam etdiririk. Məsələn, Sumqayıtda 4 park var, onların hamısında abadlıq işləri gedir, mərkəzi küçə və şəhərin girişi düzəldilir, məsciddə ölkə prezidentinin təşəbbüsü ilə ətraflı təmir və rekonstruksiya işləri aparılır. Sumqayıtlılar çox qədirbilən insanlardır, görülən işlərə görə minnətdarlıq bildirirlər”.

İcra başçısı Sumqayıtdakı “Şərq” bazarı ətrafında yaranmış vəziyyətlə bağlı da danışıb: ““Şərq” bazarı məsələsində İcra Hakimiyyəti tərəfi kimi çıxış etmir. Bu, məhkəməlik bir məsələdir. Sadəcə iki tərəf bir-biri ilə dil tapa bilmir. Tərəflərin hər ikisinin əlində sənəd var. İcra Hakimiyyətində də bir mexanizm yoxdur ki, məsələyə müdaxilə etsin. Ancaq biz yenə də kütlə olan tərəfi dəstəkləyirik, çünki 60 nəfər bir qədər qeyri-müəyyən vəziyyətdə qalıb. Onların bir qisminin sənədi var, bir qisminin sənədi yoxdur. Biz çalışdıq ki, onlara dəstək verək. Bu, məhkəməlik bir məsələ olduğundan biz müdaxilə edə bilmirik”.

E. Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan ilk vaxtlarda guya adi sərnişin kimi avtobusa minməsi, özünü xəstə kimi göstərərək xəstəxanaya getməsi barədə yayılan xəbərlərə də münasibət açıqlayıb: “Vallah, bunlar boş söhbətlərdən başqa bir şey deyil. Mən küçələrdə insanlarla ünsiyyətdə oluram, ancaq hələ ki avtobusa minməmişəm” “xezerxeber.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər