Elxan Elatlı Sumqayıt oxucuları ilə görüşdü

847

May ayının 1-də “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Sumqayıt Ədəbiyyat Klubu növbəti böyük görüşünü keçirdi. Bu dəfəki qonağımız Azərbaycan oxucularının sevərək oxuduğu dedektiv yazar Elxan Elatlı oldu. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında təşkil olunan görüşə yazıçını canlı görmək və birbaşa sual vermək üçün 100-ə yaxın oxucu gəlmişdi. İlk öncə  1 dəqiqəlik sükutla 30 aprel ADNA-da baş vermiş qanlı hadisənin günahsız qurbanları yad edildi.Daha Sonra tədbiri giriş sözü ilə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov açaraq Elxan Elatlıya dəvətimiz qəbul edib Sumqayıta oxucularla görüşə gəldiyinə görə təşəkkürünü bildirdi. Ədəbiyyat Klubunun rəhbəri Nilufər Əzimli gənclər arasında sorğu keçirdiklərini və bu sorğunun nəticəsində də ən gənclərin ən çox görmək istədikləri yazarlardan birinin də Eıxan bəy olduğunu söylədi. Sonra Ədəbiyyat Klubunun fəaliyyəti haqqında qisa məlumat verərək sözü Eıxan Elatlıya ötürdü. Elxan müəllim yaradıcılığa necə başlamağından, tələbə həyatından, ilk şeir və yazılarından maraqlı tarixçələr danışdı. Sonra görüş interaktiv şəkildə oxucuların çoxlu sualları ilə davam etdi. 2 saatdan çox çəkən görüşün sonunda yazıçı sual vermiş bütün oxucularına imzalı kitabını hədiyyə etdi. Görüşdən sonra yazıçı ilə görüşün təşkilatçıları çay süfrəsi arxasında səmimi söhbət etdilər. Söhbət zamanı Sumqayıt gəncliyindən, onların kitaba, ədəbiyyata, teatra olan marağından və mövcud durumdan danışıldı. Eyni zamanda yazıçı Ədəbiyyat Klubuna uğurlar arzuladı dəvət üçün bir daha təşəkkürünü bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər