Emin Hacıyev: Sağlamlığa önəm verən hər kəs donor kimi vacib və nəcib işə qoşulmalıdır

664

Qırx dörd günlük Vətən müharibəsində illərdir gözlədiyimiz zəfəri qazanan, canını Vətənə fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ərazi bütövlüyümüz uğrunda qanını axıtmış mərd, qəhrəman qazilərimizin müalicəsinə dəstək verilməsi isə hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur.
Bu sözləri AZƏRTAC–ın müxbirinə Milli Məclisin deputatı Emin Hacıyev Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Sumqayıt bölməsində qan verərkən söyləyib.
Sumqayıtın 43 saylı seçki dairəsindən deputat seçilən E.Hacıyev qeyd edib ki, artıq 10 ildir müntəzəm olaraq könüllü donor kimi qan verir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Talassemiyalı və hemofiliyalı uşaqlara qayğı”, “Talassemiyasız həyat naminə”, həmçinin COVID-9 pandemiyası ilə əlaqədar qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün, eləcə də Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı ənənəvi qanvermə aksiyalarında iştirak etdiyini bildirən Emin Hacıyev, bununla bərabər daim fərdi şəkildə də qan verdiyini deyib.
Deputat donorluğun böyük faydasından da danışıb. O, qan verən insanda yeni qan hüceyrələrinin regenerasiyası prosesinin effektindən danışaraq vurğulayıb ki, biz qan verməklə sadəcə xeyirxahlıq etmirik, həm də özümüzü yeniləyirik, daha sağlam bədənə malik oluruq. Hər bir xeyir əməlin, gözəl bir ideyanın həyata keçməsindən bütöv bir cəmiyyət faydalanır. Müqəddəs İslam dini də bu baxımdan insanları yaxşı və xeyir əməllər sahibi olmağa dəvət edir. E.Hacıyev hər kəsi bu vacib və nəcib işə qoşulmağa səsləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər