Emin Hacıyev: “Sumqayıtlıları bu nəcib təşəbbüsə qoşulmağa çağırıram”

886

Sumqayıtlı millət vəkili Emin Hacıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılmış qanvermə aksiyasında iştirak edib.

Oxu.Az xəbər verir ki, millət vəkili Mərkəzi Qan Bankının Sumqayıt bölməsində parlament seçkiləri dövründə təbliğat-təşviqat prosesində iştirak edən könüllülərlə birlikdə qan verib.

Daha sonra saytımıza açıqlama verən E.Hacıyev sumqayıtlıları aksiyada fəal iştirak etməyə səsləyib: “Bütün həmşəhərlilərimi Heydər Əliyev Mərkəzinin bu xeyirxah, nəcib çağırışına qoşulmağa səsləyirəm. Hazırkı karantin dövrü yalnız iqtisadiyyata deyil, sosialyönümlü tədbirlərə də mane oldu. Ancaq talassemiyalı xəstələrlə bağlı tədbirləri təxirə salmaq olmaz. Biz onlara imkanımız daxilində kömək etməliyik.

Bəzən düşünülür ki, donorluq orqanizm üçün qan itkisidir, ancaq əksinə, mütəxəssislər də dönə-dönə qeyd edirlər ki, ildə iki dəfə qan verməyin insan orqanizminə çox böyük müsbət təsirləri var. Eyni zamanda,biz qan verərək kiminsə həyatını xilas edə bilərik”.

Millət vəkili qeyd edib ki, bu cür nəcib təşəbbüslər ətrafında birləşmək xalqımızın milli dəyərlərindən biridir: “Pandemiya ilə mübarizədə ortaya qoyduğumuz həmrəylik bəşəri əhəmiyyət kəsb etməklə yanaşı, xalqımızın milli identikliyinin, özünəməxsus xüsusiyyətinin göstəricisidir.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. Mən də sumqayıtı millət vəkili olaraq öz seçicilərimi, bütün həmşəhərlilərimi bu aksiyaya qoşulmağa çağırıram. Sumqayıtlılar daim belə təşəbbüslərə böyük coşqu ilə, sevgi ilə qoşulublar. İnanıram ki, bu dəfə də belə olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər