Ərini öldürüb tualetə atan qadın hamını belə aldatdı – TƏFƏRRÜAT

1841

Qəbələdə törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.azxəbər verir ki, bir neçə gün əvvəl rayonun Tikanlı kəndində həyat yoldaşı və qardaşı tərəfindən öldürülərək kanalizasiya quyusunda basdırılan 32 yaşlı Dursun Rəfiyevin axtarışları ilkin olaraq Mingəçevirdə aparılıb. Belə ki, martın 25-də naməlum şəraitdə yoxa çıxan Dursun Rəfiyevin xanımı Vüsalə Məmmədşərifova ailə üzvlərinə onun işləmək üçün Mingəçevirə getdiyini deyib. Bu səbəbdən bir neçə gün sakitlik olub. Lakin Dursunla əlaqə saxlaya bilməyən atası narahat olmağa başlayıb və polisə onun itkin düşməsi ilə bağlı müraciət edib. Hüquq-mühafizə orqanları müəmmalı itkindüşmə ilə bağlı dərhal araşdırmalara başlayıb və özünü şübhəli aparan Vüsalə nəzarətə götürülüb. Çox keçmədən Vüsalənin qayını, 4 uşaq atası Vüsalla birgə həyat yoldaşını öldürdüyü məlum olub. Belə ki, onlar D.Rəfiyevin başına daşla vuraraq öldürdükdən sonra meyiti tualet quyusuna ataraq üstünü basdırıblar.

 

Bildirilir ki, D.Rəfiyevlə V.Məmmədşərifovanın izdivacından 2 övladları var. Qadının hansı səbəbdən ərini öldürməsi, Dursunun qardaşının bu cinayətin törədilməsində hansı formada maraqlı olması araşdırılır.

Qeyd edək ki, V.Məmmədşərifova və V.Rəfiyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

 

*****

Qəbələdə törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az xəbər verir ki, bir neçə gün əvvəl rayonun Tikanlı kənd sakini, 32 yaşlı Dursun Rəfiyevin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər