Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

979

Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşəcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “eadaily.com” portalı məlumat yayıb. Sözügedən batalyon bununla bağlı müvafiq bəyanat yayıb.

Saytda yerləşdirilən bəyanatda bildirilir ki, erməni batalyonu Türkiyə ordusunun apardığı mübarizədə kürdlərə qoşulmaq üçün Tel- Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Onlar Türkiyə ordusunun Suriyanın şimal-şərqində başladığı əməliyyatın işğalçılıq məqsədi daşıdığını iddia edərək kürd, erməni, suriyalı, ərəb və digər xalqların öz torpaqlarına sahib çıxmağa çağırıblar.

Qeyd edək ki, Nübar Ozanyan fəal kommunist və bir sıra silahlı qarşıdurmaların iştirakçısı olub. Uzun illər Fransada yaşayıb. Suriyada kürdlərin tərkibində vuruşub, 2017-ci ildə öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər