Erməni təxribatı nəticəsində yaralanan sumqayıtlı qəhrəmanlar ziyarət olundu – FOTO

758
Erməni təxribatı nəticəsində yaralanan sumqayıtlı hərbçilər ziyarət olunub.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid Ailələri işinin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə və Sumqayıt Sukanal idarəsinin rəisi Xalid Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlarına cavab verərkən yaralanan Sumqayıt şəhərindən olan Muradlı Məhəmməd Fikrət oğlu və Məmmədov Elgün Mahir oğluna müalicə aldıqları tibb müəssisəsində baş çəkiblər.
Ziyarətçilər yaralıların səhhəti  ilə maraqlanıb. Hərbçilərimiz aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər