Ermənistan KİV-ləri: Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutub

494

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, noyabrın 14-də Azərbaycan qoşunları ölkə ərazisinə daxil olub. Məhz bu səbəbdən bu gün müdafiə naziri Arşak Karapetyan işdən çıxarılıb.

Ermənistan teleqram- kanallarının məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutublar və texnikanı ələ keçiriblər, erməni hərbçiləri bu mövqelərdən çıxarıblar.

Həmin mənbələrin məlumatına görə, ermənilərin Cermuk istiqamətində üç, Qaragöl ərazisində bir postu tərk edilib. Ermənilər yük maşınlarını və bir BMP-ni orada qoyublar. Bu mövqelər Laçın və Ermənistanın Sünik vilayəti sərhəddindədir.

Azərbaycan Müdafiə Nazirliyi baş verənləri şərh etmir.//Turan

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər