Ermənistana koronavirus zərbəsi – xaricə yeganə “nəfəslik” bağlanır

330

“Sürünən bəla” bölgədə iqtisadi durumu onsuz da ağır olan təcavüzkar ölkəyə ən çox ziyan vəd edir – səbəblər; keçmiş baş nazir indiki baş nazirin yalanını çıxardı: “Paşinyan danışanda…”

Bəşəriyyət yeni və qorxulu bir epidemiya təhlükəsi ilə üz-üzədir. Çində özünü göstərən koronavirus infeksiyası hələ ki pandemiya (qlobal) xarakteri daşımasa da, “sürünən bəla” hər gün Yer üzündə daha çox insana yoluxmaqda, daha çox can almaqdadır. Eyni zamanda hər gün yeni-yeni ölkələrin qapısını döyməkdədir.

Təəssüflər olsun ki, artıq virus qonşu İrana da sıçrayıb. Özü də infeksiyadan ölənlərin sayına görə cənub qonşumuz virusun ocağı sayılan Çindən sonra ikincidir. Dindaş İran və Azərbaycan isə bəlli səbəblərdən ən sıx təmasda olan iki ölkədir…

*****

ermənistan iranla sərhəddi ile ilgili görsel sonucu

Xəbər verildiyi kimi, artıq İranla həmsərhəd olan Türkiyə, İraq və Pakistan öz giriş-çıxış qapılarını, faktiki, bağlayıb, qarşılıqlı hava reysləri dayandırılıb. Həmçinin həmsərhəd olmasa da, Səudiyyə Ərəbistanı və bəzi digər ərəb ölkələri İranla quru və hava əlaqələrini kəsiblər. Azərbaycan da müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Hətta qonşu və işğalçı Ermənistan İranla sərhədi qapatmaq qərarı verib. Azərbaycandan ötrü ən maraqlı gəlişmə də əslində budur. Çünki İran təcavüzkardan ötrü xarici aləmə yeganə “nəfəslik” sayılır.

*****

“İranda koronavirusun yayılması Ermənistanın iqtisadiyyatına daha böyük ziyan vuracaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistan İranla hər zaman bir qapı-pəncərə rolunu oynayıb.

ermənistan iranla sərhəddi ile ilgili görsel sonucu

“Koronavirus bir çox ölkəni vurub. Xəstəliyin ən çox yayıldığı ölkə isə Çindir. Odur ki, ilk öncə bu ölkənin iqtisadiyyatına təsir edib. Çin imkanlı dövlət olduğundan itkilərin vaxtından tez çox asanlıqla yerini dolduracaq. Amma İran üçün çətin olacaq. İran onsuz da sanksiyalarla üz-üzədir, iqtisadiyyatında bir çox problemlər yaşanacaq. Bundan əlavə, koronavurusla bağlı bir çox ölkələr onunla gediş-gəlişi bağlayıb. Əlbəttə ki, İranın Azərbaycanla da iqtisadi əlaqələri var. Ermənistandan fərqli olaraq, İranda bu virusun yayılması Azərbaycana böyük iqtisadi zərbə vurmayacaq. Sadəcə, biz özümüzü qorumalıyıq”, – deyə politoloq qeyd edib.

O, daha sonra blokada vəziyyətində olan Ermənistan üçün İranın önəminin yada salaraq deyib: “Ermənistan üçün İran hər zaman bir qapı-pəncərə rolunu oynayıb. Çünki Türkiyə və Azərbaycanla sərhəd qapalı, Rusiya ilə Gürcüstan üzərindən alış-veriş var. Qış aylarında həmin yol da qapanır. Ona görə düşünürəm ki, İranda bu virusun yayılması Ermənistan iqtisadiyyatına daha böyük ziyan vuracaq. Ermənistan, üstəlik, gediş-gəlişə də ara verib”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, İranda koronavirusun yayılması Ermənistan bazarına ağır zərbə vuracaq: “Ermənistanla İran arasında ciddi iqtisadi münasibətlər mövcuddur. İranın Ermənistan bazarına təsirləri də çoxdur. Həm turizmlə, həm də ərzaq, qeyri-ərzaq məhsullarının ixracı ilə bağlı kifayət qədər əlaqələri var. Rusiyadan sonra ən böyük ticarət həcmi də olan İrandır. Artıq Ermənistan müvəqqəti də olsa, İranla gediş-gəlişi bağlayıb. Nəticə olaraq deyim ki, əgər davamlı şəkildə olarsa, bu, Ermənistan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. İranla Ermənistan arasında həm ticarət, həm də turizm mübadiləsini xeyli dərəcədə zəiflədəcək. Bu da zəif və kövrək olan Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi təsir edəcək. Həm inflyasiyanın artması, qiymətlərin yüksəlməsi və turizm obyektərinin boş qalması və s. bütün bunlar Ermənistan iqtisadiyyatına əlavə ziyan vuran elementlərə çevriləcək”.

*****

ermənistan iranla sərhəddi ile ilgili görsel sonucu

Ermənistan iqtisadiyyatı isə Dağlıq Qarabağ konfliktinə görə onsuz da böhranlı durumdadır. Gerçək belədir ki, Nikol Paşinyanın inqilabçı hökuməti də vəziyyəti iki ildir yaxşıya dəyişdirə bilmir. “Məxməri” baş nazirin inqilab öncəsi köklü islahatlarla bağlı verdiyi vədlər, “iqtisadi möcüzə” haqda gurultulu sözləri elə söz olaraq qalır. Çünki zaman bir daha təsdiqlədi ki, iki əsas qonşu dövlət – Azərbaycan və Türkiyə ilə münasibətlər normal hala düşməyincə, blokada götürülməyincə erməni xalqı tərəqqi yoluna çıxa bilməyəcək. Bunun əksini düşünüb gözləyənlər boşuna gözləyir. 

Bu arada Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan indiki baş naziri sosial-iqtisadi göstəriciləri şişirtməkdə və acı gerçəyi gizlətməkdə ittiham edib. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda o, “Pressinq” proqramına müsahibəsində deyib.

ermənistan iranla sərhəddi  Qrant Baqratyan ile ilgili görsel sonucu

“Ümumiyyətlə, Paşinyan danışanda o saat başa düşürsən ki, yalan danışır. O deyir ki, biz ÜDM göstəricisi üzrə Gürcüstanı ötüb keçmişik.  Sonra aydın olur ki, bu, tər-təmiz yalandır. Əksinə, 2017-ci ildə fərq 2018-ci illə müqayisədə daha az olub. Son iki ildə Ermənistanda cinayətkarlıq 32.7% artıb – 20 mindən 27 minə qalxıb. Təzə doğulan körpələrin sayı 38 mindən 36 minə enib. Hətta gəlirlərin artımı, real statistikaya əsasən, keçən il minimum olub. Biz idxal-ixrac əməliyyatları apardığımız tərəfdaşlarımızı aldadır və onlara atırıq. Biz yeni texnologiyaların inkişafına görə orta qlobal göstəricidən üç dəfə geridəyik. Yəni son iki ildə iqtisadiyyat üçün heç bir real islahat təklif olunmayıb. Bu sahədə hər hansı yaxşılaşma yoxdur”, – deyə sabiq baş nazir acı təəssüf hissi ilə qeyd edib.

Bu yandan da İranla yeganə “nəfəsliyin” bağlanması. Düşmən ölkədə daxili ictimai-siyasi durum, Paşinyan hökuməti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında getdikcə daha da gərginləşən münasibətlər də ciddiyə alınarsa, Ermənistanda tezliklə yeni sosial-siyasi təlatümlərin yaşanacağını təxmin eləmək olar…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər