Ermənistanda müdafiə naziri Arutyunyan yox, Tonoyan oldu

798

Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

Rusiya mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. “Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq”, – deyə N.Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.

*   *   *12:10

Ermənistanda keçmiş prezident və baş nazir Serj Sərkisyanın “çantadaşıyanı” Vigen Sərkisyanın müdafiə naziri vəzifəsindən istefa verməsindən sonra yeni baş nazir Nikol Paşinyanın bu vəzifəyə kimi təyin edəcəyi barədə müxtəlif versiyalar var.

Virtualaz.org xəbər verir ki, hazırda bu vəzifəyə əsas namizəd kimi fövqəladə hallar naziri, müdafiə nazirinin keçmiş müavini David Tonoyan hesab edilir. Lakin “Jamanax” qəzeti öz mənbələrinə istinad edib yazır ki, Dağlıq Qarabağdakı rejimin hərbi-siyasi rəhbərliyi Ermənistanın müdafiə naziri postunda “Rusiya ilə işləyə biləcək birini” görmək istəyir. Mənbələrin bildirdiyinə görə belə namizəd keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan ola bilər.

Dağlıq Qarabağdakı hərbi-siyasi rejim hesab edir ki, əks halda Rusiya hərbi balansı Azərbaycanın xeyrinə dəyişmək üçün tədbirlər görə bilər. Bu da Dağlıq Qarabağı və bütövlükdə Ermənistanı təhlükədə qoyar.

Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkalaki bölgəsində anadan olub, 1978-ci ildə Bakıda Kirov adına hərbi-dənizçilik məktəbini bitirib. 1991-ci ildə Rusiya silahlı qüvvələrinin Baş qərargahının hərbi-dəniz Akademiyasının diplomunu alıb. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri postunu tutub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər