Etilen-polietilen zavodu təmir olunacaq

782

«Azərikimya» İstehsalat Birliyinin akt zalında Etilen-polietilen zavodunun «EP-300» və «Polimir-120» komplekslərinin builki əsas­lı təmirinə hazırlıqla əlaqədar geniş müşa­virə keçirilib.

Tədbirdə zavodun istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texni­kası ilə bağlı mövcud vəziyyət haqqında geniş məlumat verilmiş və bir sıra həlli vacib məsə­lələr müzakirə edilib. Təmirin yüksək səviyyədə, qüsursuz aparılması üçün nəzərdə tutu­lan bü­tün işlərin yerinə yetirilməsinin Birlik üzrə xüsusi olaraq yaradılmış qərar­gah tərə­findən ciddi nəza­rətə götürüləcəyi bildirilmişdir. Tədbir zamanı nümayiş etdirilən foto-slayd­lar­dan da gö­rün­düyü kimi, Etilen-polietilen zavodunun bütün sex və isteh­sa­latların­da tə­mirqabağı moni­torinqlər keçirilmiş, təmirə ehtiyacı olan qurğu və mexanizmlər üzrə texniki müşahidələr və analizlər aparılmış­dır.

Əsaslı təmir işlərinə Etilen-polietilen zavodunun təmirçiləri ilə yanaşı Birliyin Təmir-tikinti İda­rəsinin, Mexaniki-təmir zavodunun aparıcı təmir briqadaları, həmçinin Nəqliyyat və xüsusi tex­nika İdarəsinin maşın-mexanizmləri də cəlb olunmuşdur. Təhlükəsizlik tex­ni­kası qaydaları üzrə tam təlimatlandırılaraq, təmirdə iştirak etməli olan briqadaların işə başlamasına yalnız işləyəcəkləri sahələr təmirə tam hazır olduqdan və bütün təhlükə­sizlik tədbirləri yerinə yetirildikdən sonra razılıq verilməsi qərara alınmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər