Eyvaz Qocayevin ikinci kitabı işıq üzü görüb

734

“Fərdi İnkişaf və Karyera” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində çap edilib.

Kitabda düzgün peşə seçimi və effektiv iş axtarışı ilə bağlı müxtəlif mövzulara toxunulub. Peşə seçimi edən şəxslərin özünü tanıması, güclü və zəif cəhətlərini müəyyənləşdirməsi, iş dəyərlərini bilməsi, malik olduğu qabliyyət və bacarıqlarına xüsusi diqqət yetirməsi kitabda öz əksini tapmışdır.

Oxucuların temperament tiplərini müəyyənləşdirməsi üçün psixoloji test və hər bir temperamentin xarakterik və işgüzar həyatla bağlı xüsusiyyətləri, uyğun karyera sahələri kitabda yer almışdır.

Peşələr və onların xüsusiyyətləri, gələcəyin peşələri, effektiv iş axtarışı üçün məsləhətlər, iş görüşməsi başlığı altında yer almış materiallar peşə seçimi edən şəxslər və iş axtaranlar üçün əhəmiyyətli ola biləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər