Fatimədən şok etiraf – “Məşhur rejissor məni zorlayıb…”

1258

Rusiyada yaşayan azərbaycanlı aktrisa-müğənni Fatimə Abbasquliyeva şok açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, Rusiyanın birinci kanalına qonaq olarkən illər əvvəl  məşhur rejissor Mark Rozovski tərəfindən zorlandığını iddia edib.

F. Abbasquliyevanın sözlərinə görə, tələbə olarkən rejissorla bir teatrda çalışıb və Rozovski müəllimi olub.

Aktrisa daha sonra teatrda rejissorun seks oyuncağına çevrilməmək üçün işdən ayrıldığını etiraf edib.

Hadisədən 12 il ötəndən sonra o, özünü  güclü hesab etdiyini, bu səbəbdən canlı efirdə uşaqlıq arzularını puç edən şəxsin adını açıqlamaq qərarına gəldiyini söyləyib.

Fatimə Abbasquliyeva həmçinin qeyd edib ki, sözügedən teatrda M. Rozovskinin xanımı da çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər