“Fəlakət” yaxınlaşır – FOTOLAR

2378

Son zamanlar sosial şəbəkələrdə aktyor Elşən Orucovun canlandırdığı və milyonlarla tamaşaçının sevimlisinə çevrilən “Fəlakət” obrazına müxtəlif illüstrasiyalarda rast gəlirik. 

Gözəl və kreativ şəkillərdə “Fəlakət”in Eskobardan tutmuş, müğənni Hadisəyə qədər müxtəlif mimik ifadələri böyük marağa səbəb olub.

Məsələnin mahiyyətini öyrənmək üçün @felaketfilm səhifəsinin adminləri ilə əlaqə saxladıq və məlum oldu ki, bu posterlər reklam xarakterlidir.

Sən demə, sözügedən posterlər “Art Film Baku” tərəfindən ərsəyə gəlmiş “Fəlakət” bədii komediya filminin nəhəng PR strategiyasının ilk addımlarıdı.

“Fəlakət” bədii filmi bu payız tamaşaçıların ixtiyarına veriləcək.

Filmin ilk tizeri isə yaxın günlərdə Fəlakətsevərlərə təqdim olunacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS














www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər