"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq?

904

“Fənərbağça”da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.

sumqayitxeber.com qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu vəzifəyə yerli mütəxəssis gətirməyi planlaşdırır. Namizədlərin hazırda klubsuz olan Tayfun Korkut, Hamza Hamzaoğlu, Kemal Özdeş və “Başakşəhər”in çalışdırıcısı Abdullah Avcı olduğu bildirilir. Yerli mütəxəssislər alınmayacağı təqdirdə, əcnəbi Leonardo Jardimlə danışıqlara başlanacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbağça” dünən baş məşqçisi Filipp Kokunu istefaya göndərib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər