Fəxrəddin İsmayılov: “Sumqayıtda hərbi xidmətdən yayınma halları baş vermir”

1269

Onunla Sumqayıtda növbəti həqiqi hərbi xidmətə çağırış dövründə görüşdük. Müsahibə almaq istəyimizi məmnuniyyətlə qarşıladı. Biz jurnalistlər çox zaman vərdiş eləmədiyimiz üçün bu insanın ilk andan mətbuata qarşı olan səmimi münasibətini dərhal hiss etdik. Müsahibəmizin sonunda belə özünü mətbuatın dostu adlandıran idarə rəisi qapılarının daima üzümüzə açıq olduğunu da qeyd etdi.
Söhbət Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi, mayor Fəxrəddin İsmayılovdan gedir. Müsahibimə ilk öncə peşə fəaliyyəti ilə bağlı sual ünvanladım.

 Fəxrəddin müəllim Sumqayıta gəlməmişdən öncə hansı vəzifələrdə çalışmısınız?
– Sumqayıta təyinat almamışdan öncə bir sıra vəzifələrdə işləmişəm. 2002-ci ildə Şuşa şəhər Hərbi Komissarlığında, 2005-ci ildə Abşeron rayon Hərbi Komissarlığında, 2006-2012-ci illərdə isə Mingəçevir şəhər Hərbi Komissarlığında rəsi müavini vəzifəsində çalışmışam. Bu ilin avqust ayının 30-dan isə yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
– Gəlin indi də cari çağırışla bağlı konkret suallara keçək. Oktyabr çağırışı dövründə neçə nəfər hərbi xidmətə yollanır?
– Bu dəfə çağırışçıların sayı 411 nəfər təşkil edir.
– Sumqayıtlı gənclərin ən çox xidmət çəkdiyi bölgələr hansılardır?
– Sumqayıtlı çağırışçılar ən çox Şəmkir, Beyləqan və Bərda korpuslarına hərbi xidmət keçmək üçün göndərilirlər.
– Son aylarda Sumqayıtda hərbi xidmətdən yayınma halları baş veribmi?
– Hazırda belə bir hallar baş vermir.
– Fəxrəddin müəllim, bildiyimiz kimi, komissarlıq strukturu mövcudluğu dövründə komissarlıqda neqativ hallar aşkarlandı və bu mənfi hallar mətbuat tərəfindən açıq-aşkar tənqid olundu. Bu kimi halların baş verməməsi istiqamətində hansı işlər görülür?
– Bunu deyə bilərəm ki, bacardığım qədər rəhbərlik etdiyim idarədə şəffaflığın olmasına çalışıram. Saat 09:00-dan 19:00-dək idarənin bütün kollektivi vətəndaşların xidmətindədir.
– İdarə binasının təmiri ilə bağlı hansısa işlərin həyata keçirilməsi nəzərdə tutulubmu? Başqa hansı yeniliklərin olması gözlənilir?
– Yeri gəlmişkən, elə təmir barədə qeyd etmək istəyirdim. Artıq binanın dam hissəsinin təmirinə başlanılıb. Yaxın zamanlarda isə binanın fasad hissəsində də əsaslı təmir işlərinə başlanılacaq. Tezliklə idarəmizdə böyük işlərin – inkişafın getməsinin şahidi olacaqsınız.

Söhbətləşdi: ZAUR ƏSƏDOV,  xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər