Menu
Geri İrəli

Ailəsi tərəfindən zorla evləndirilən model özünü asdı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

Ailəsi tərəfindən zorla evləndirilən model özünü asdı - FOTOLAR

İngiltərədə yaşayan 24 yaşlı müsəlman model ailəsi tərəfindən məcburi evləndirilmə qorxusu ilə özünü asıb.

Pakistan əsilli Nadia Menazın meyiti yaşadığı evdə tapılıb. Model və toy təşkilatçısı kimi fəaliyyət göstərən Menaz 5 ay əvvəl ailəsinin onu zorla evləndirməkdən vaz keçməsi üçün məhkəmə qərarı çıxarmışdı.

Ölümü ilə bağlı açılan cinayət işində qızın valideynləri ilə arasının çox gərgin olduğu, intihardan əvvəl depressiyaya girdiyi, saçlarını tamam kəsdirdiyi məlum olub. Yeniyetməlik dövründə polis olmaq istəyən N.Menaz 16 yaşında ailəsi ilə yaşadığı evdən çıxaraq modellik etməyə başlayıb.

2010-cu ildə 25 yaşlı Rəsulla tanış olan model bir il sonra ailəsindən gizli ona ərə gedib. Lakin ata-anası Rəsulu heç vaxt qəbul etməyərək qızlarını başqasına ərə vermək istəyiblər. Bir uşaq anası olan Nadia isə söz-söhbətdən bezərək intihar edib. //Axşam.az
Ailəsi tərəfindən zorla evləndirilən model özünü asdı - FOTOLARAiləsi tərəfindən zorla evləndirilən model özünü asdı - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın