Menu
Geri İrəli

Bakıda yanğın zamanı ölənlər anılır – Şamlar yandırılır – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2015 • Baxış sayı: 835 dəfə • 1 şərh
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektində yerləşən  289 saylı binada baş verən dəhşətli yanğın nəticəsində həlak olan 15 nəfər vətəndaşımız unudulmur.
Belə ki, bu gün günorta saatlarında insanlar  binanın qarşısına gül dəstələri düzüb, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyiblər. Mərasimdə faciə zamanı dünyasını dəyişən insanların ailə üzvləri, yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Anma mərasimi hələ də davam edir. Musavat.com-un əməkdaşı Cavanşir Abbaslı xəbər verir ki, bu dəqiqələrdə yanan binanın sakinləri və ölənlərin yaxınları  binanın qarşısına gül dəstələri düzürlər. Şamlar yandıraraq, ölənlərin ruhlarını yad edirlər. Binanın qarşısında çoxlu sayda polis əməkdaşları da var.
Polislər ziyarətə gələnlərə mane olmağa çalışırlar. Amma ziyarət hələ də davam edir. Getdikcə insanların sayı artmağa başlayır.
Musavat.com






Facebook Şərhləndirmə:

“Bakıda yanğın zamanı ölənlər anılır – Şamlar yandırılır – FOTOLAR” yazısına bir cavab

  1. Ayten deyir:

    ALLAH ORADA VEFAT EDEN BUTUN INSANLARA REHMET ELESIN.AMIN
    FEREH BALAMIZDA ICINDE OLMAQLA

Şərhinizi yazın