Menu
Geri İrəli

Girovların yeni Kəlbəcər fotoları

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2014 • Baxış sayı: 1,131 dəfə • Şərh yoxdur

Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağı

Tanınmış astroloq Səbuhi Rəhimli sosial şəbəkədə Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman ermənilər tərəfindən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yeni şəkillərini yayıb.

ANS PRESS-in məlumatına görə, ilk şəkil 1998-ci ildə Dilqəmin Kəlbəcərdə dalğalandırdığı Azərbaycan bayrağı ilədir. “Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağını dalğalandırmaq hər kişiyə nəsib olmaz. Amma Dilqəm Əsgərov 1998-ci ildən bəri hər il bunu etdi – qorxmadan, çəkinmədən…”
Daha sonra o, Şahbaz Quliyevdən yazıb: “Bu da Kəlbəcərin iyul qarı. Yadımdadır, Şahbaz Quliyev qayıdanda ilk dəfə qurd düşmüş qar gördüyünü söyləyirdi”.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər.
Ermənilər saxlanılan təxşləri diversant kimi təqdim edir.
8db5fa185e76 19c218024954
Facebook Şərhləndirmə:

Şərhinizi yazın