Menu
Geri İrəli

“İmkan olsaydı, doğuşu asanlaşdırardım…”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

12179490-914022535302302-1603775337-n 12167867-914022531968969-1454570692-n 12170769-914022545302301-1468916515-n 12177766-914022538635635-1532925336-n 12177915_914022541968968_1904408708_n

“Titanik” filminin məşhur aktrisası Keyt Uinslet ailəsindən danışıb.

Aktrisa boş vaxtlarını uşaqlarına həsr etdiyini bildirib:
“Boş vaxtlarımı uşaqlarımla keçirirəm. Balaca uşağım olduğu üçün səhər tezdən oyanıram. Həftə sonları ən gözəl şey hamımızın bir az tənbəllik etmə şansı olmasıdır. Anamla vaxt keçirmək məni xoşbəxt edir. Hərəkətli bir insanam; külək sörfünü, sahil kənarında olmağı, yemək bişirməyi və macəralara atılmağı sevirəm. Amma yeni bir şey sınamaq və hər gün başqa bir şey etmək məni qorxudur. Bəzən düşünürəm ki, kaş uça bilərdim. Ən böyük arzum isə kişi obrazını canlandırmaqdır”.

Aktrisa “Bir şansınız olsaydı, dünyada nəyi dəyişdirərdiniz?” sualını da cavablandırıb:

“Doğuşun bu qədər çətin olmamasını diləyərdim. Əgər bir şeyi dəyişdirə bilsəydim, bununla əlaqədar bir şey olardı”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın