Menu
Geri İrəli

Kuklaya bənzəyən qız “əzələ çıxartdı” – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2015 • Baxış sayı: 465 dəfə • Şərh yoxdur

Sosial şəbəkələrdə və mediada “Canlı Barbi” kimi tanınan ukraynalı model Valeriya Lukyanovanın vücudunda ciddi dəyişikliklər başlanıb.

Çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalaraq özünü Barbi kuklasına bənzətməyə çalışan V.Lukyanova indi ciddi şəkildə idmanla məşğul olur.

xeberler24.com ABC-yə istinadən bildirir ki, Valeriyanın dediyinə görə, indi əlbəyaxa döyüş və bodibildinqi seçib.

“Altı ay əvvəl küçədə tanımadığım iki nəfər mənə hücum etdi. Zədələr, travmalar aldım. O gündən sonra əlbəyaxa döyüş və bodibildinqlə məşğul olmağa qərar verdim. Yəni indi “əzələ çıxardıram”. Həm gözəl qadın, həm də yaxşı döyüşçü olmaq fikrim var”, – “Canlı Barbi” deyib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın