Menu
Geri İrəli

Siyasəti gözəlləşdirən siyasətçilər…

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 479 dəfə • Şərh yoxdur

collage

Siyasətçi deyəndə ilk olaraq ciddi görünüşlü qadın və kişilər yaddaşlara həkk olunur.

Siyasətçilərin sərt çıxışları, siyasi müzakirələri, parlamentdə davaları ilə rastlaşırıq. Ancaq bu ciddiliyin arxasında siyasəti gözəlləşdirən simalar da mövcüddür. Onlar dəbli geyimləri, şirin danışıqları, cazibədar baxışları ilə digərlərindən çox seçilirlər.

Annika Strandhall- 2014-cü ildən etibarən İsveç Sosial Təhlükəsizlik naziri vəsifəsində çalışır. 40 yaşlı siyasətçi gözəl gözləri və simpatik rəftarı ilə diqqəti cəlb edir.

Arpine Hovhannisyan- sentyabr ayından etibarən Ermənistanın Ədliyyə naziri vəzifəsinə təyin olunub. İravən Dövlət Universitetində hüquq təhsili alıb, magist və doktorluq dərəcələri var. Onun gözəlliyi yerli və xarici medianın gündəmini zəbt edib. Hovhannisyan subaydır.

Najat Vallaud-Belkacem- Fransanın ilk təhsil naziri vəzifəsinə sahib olub. 38 yaşlı siyasətçi 2005-ci ildə ailə qurub. Həmçinin, Vallaud-Belkacem Sosialist Partiyanın ən sevilən simalarından biri hesab olunur.

Maria Elena Boschi- 2014-cü ildə İtaliya Konstitusiya İslahatlar naziri vəzifəsinə təyin olunub. 34 yaşlı siyasətçi gülər üzü və istiqanlı davranışları ilə siyasət dünyasına rəng qatıb.

Matteo Renzi- 2013-cü ildə İtaliyanın baş naziri olub. 39 yaşlı siyasətçi qadınların sevimlisinə çevrilib. Renzi evlidir, 3 övlad atasıdır.

Alina Kabayeva- 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı, iki olimpiya medalını, dünya çempionatında 14 medal və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastdır.

Enrike Penya Nyeto- 2012-ci ildə Meksika prezidenti seçilib. İki dəfə ailə həyatı qurub, 6 övlad atasıdır.

Castin Trudeu- bir neçə həftə əvvəl Kanadanın yeni baş naziri vəzifəsinə gəlib. 43 yaşlı baş nazir isə ailəlidir, üç övladı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın