Menu
Geri İrəli

Sumqayıt yol polisləri ağacların arxasında niyə gizlənir? – FOTOFAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2015 • Baxış sayı: 1,052 dəfə • Şərh yoxdur
Share Button

1440575494_11902453_1043752295658346_4262060467006553153_nDəfələrlə yol polisinin pusquda dayanaraq gizli şəkildə sürücüləri güdməsi hallarını görmüşük, yaxud eşitmişik. Bu dəfə sözügedən qanunsuz olaya Sumqayıtda rast gəldik. 
Xatırladaq ki, 9 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»a əsasən patrul avtomobillərini və başqa cihazlarını hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında gizlətmək qadağandır.
Eyni zamanda avtomobili yolun məhdud görüntülü hissələrində dəmiryol keçidləri zonasında, tunellərdə, hərəkət istiqamətində 3-dən az hərəkət zolağı olan körpülər və yol ötürücülərində dayandırmağa da icazə verilmir; arzuolunmaz nəticələrin baş verməsinin qarşısının alınması üçün təxirəsalınmaz dayandırma zərurəti istisnadır.
Əcəba, bu yol polisləri Sumqayıt şəhər, Zülfü Hacıyev küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişmə dairəsində – ağaclığın arxasında gizlənərək hansı məqsəd güdürlər? (xeberle.com)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın