Menu
Geri İrəli

Sumqayıtda baş verən möcüzə Gəncədə də təkrarlandı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 739 dəfə • Şərh yoxdur

Gəncədə Şeyx Bahəddin küçəsində yerləşən mərkəzi bazara bitişik mağazada yanğın hadisəsi baş verib. Nəticədə xəsarət alan olmasa da, obyektə ciddi ziyan dəyib.

SalamNews xəbər verir ki, axşama yaxın baş verən yanğın bütün bazar sakinlərini vahiməyə salıb.

Ani an içərisində qalxan alov az qalsın, bütün bazarı cənginə alıb. Təhlükənin qarşısını almaq üçün dərhal hadisə yerinə şəxsi heyətlə birgə altı yanğınsöndürən maşın cəlb edilib.

Şahidlərin dediyinə görə, yanğın ilk olaraq dini mağazaya bitişik pirojki bişirilən yerdə başlayıb. Qaz balonunun sızması partlayışa səbəb olub, baş qaldıran alov ətrafı bürüyüb. Nəticədə 60 kvadratmetr sahəsi olan obyektlə yanaşı kafe və dini mağaza da yanıb.

Hadisə yerinə gələnlər gördükləri mənzərədən dəhşətə gəliblər. Belə ki, bütün əşyaları yanan dini mağazada təkcə Qurani-Kərim salamat qalıb. Müqəddəs kitaba heç nə olmayıb.

Sumqayıtın “Karvan” ticarət mərkəzində baş verən yanğında da maraqlı məqam yaşanmışdı. Dəhşətli yanğında Qurani Kərim yanmamışdı.

gence pajar (2)_587 gence pajar (3)_975 gence pajar (4)_317 gence pajar (6)_628

Facebook Şərhləndirmə:

Şərhinizi yazın