Menu
Geri İrəli

Sumqayıtda heyvanlar niyə ölür? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 410 dəfə • 1 şərh

Xəzər dənizinin Sumqayıt sahilində ölü suitilər peyda olub. sumqayitxeber.com saytı Milli.Az-a istinadən  xəbər verir ki, adətən güclü küləkdən sonra sahildə bu cür hallara rast gəlmək mümkündür. Lakin ötən gün və ondan əvvəlki gün hava şəraitinin sabit keçdiyi Abşeron yarımadası ərazisində belə bir hadisə təəccüb doğurur.

Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. Nazirlik rəsmisi məlumatı aldıqdan və şəkilləri gördükdən sonra həmin əraziyə ekspertlərin göndəriləcəyini qeyd etdi. Araşdırma aparıldıqdan sonra hadisənin səbəbləri barədə məlumat veriləcəyini bildirdi.

Teymur Hacıyev

qus

Facebook Şərhləndirmə:

“Sumqayıtda heyvanlar niyə ölür? – FOTOLAR” yazısına bir cavab

  1. Əli Nəcəfxanlı deyir:

    Mən çəkmişəm bu şəkilləri…

Şərhinizi yazın