Menu
Geri İrəli

Sumqayıtda qanvermə aksiyası keçirilib FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2015 • Baxış sayı: 625 dəfə • Şərh yoxdur

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilib.

Dekabrın 3-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talasse-miyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasıva start verilmişdir.
“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polietilen zavodundan müraciət etmiş 300-ə yaxın kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 120 nəfərindən qan götürülmüşdür.
Aksiyanın ikinci günündə isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak etmiş və 100 nəfərdən artıq işçi qan vermişdir. Bununla da iki gün ərzində “Azərikimya” İB üzrə 250 nəfərə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələr üçün qan vetmişdir.

12291027_1019479384741994_8165123675263450969_o 12291786_1019479201408679_3750045742329160647_o 12304025_1019478761408723_600067377428433694_o 12304102_1019479084742024_5567478232172353522_o 12304209_1019479744741958_1156811435141260745_o 12304455_1019479288075337_5418411418825230437_o 12310017_1019478908075375_3723764869909250213_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın